Ermənistanın paytaxtı İrəvanın “Zvartnots” hava limanında Moskvaya uçmağa hazırlaşan təyyarəyə bomba qoyulması barədə yerli polisə məlumat daxil olub.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Sərnişinlər təyyarədən təxliyə edilib. Hazırda bombanın aşkarlanması istiqamətində iş aparılır.