Modern.az

Polşa hərbçilərinin sayını artırır

Polşa hərbçilərinin sayını artırır

Dünya

21 Aprel 2022, 20:41

Polşa 2023-cü ildə müdafiə xərclərini 20 milyard zlot (4,6 milyard dollar) artıracaq.

 

Modern.az xəbər verir ki, yeni qərarla ölkənin ümumi daxili məhsulunda (ÜDM) hərbi xərclərinin payı 3%-ə çatacaq.

 

Müharibə başlayandan Ukraynanın ən yaxın qonşularından biri olan Polşa Rusiya təhlükəsini daha yaxından hiss edir. Bu çərçivədə ordu qısa müddətdə sürətlə silahlanacaq.

 

Eyni zamanda ölkədəki əsgərlərin sayının 250 mindən 300 minə çatdırılması planlaşdırılır. 

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu