Modern.az

Vahid Ələkbərovu bu şəxs əvəz edəcək

Vahid Ələkbərovu bu şəxs əvəz edəcək

Dünya

21 Aprel 2022, 21:54

Bu gün Vahid Ələkbərovun istefasından sonra şirkətin rəhbəri vəzifəsinə 20 ildən artıq "Lukoyl"da çalışan birinci icraçı vitse-prezident Vadim Vorobyov təyin edilib.

 

Modern.az xəbər verir kİ, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

 

Qeyd edək ki, Azərbaycan əsilli rusiyalı iş adamı, milyarder Vahid Ələkbərov “Lukoyl” şirkətinin Direktorlar Şurasından və şirkətin rəhbəri vəzifəsindən ayrılıb. Vahid Ələkbərov şirkətdə 29 il işləyib. O, 1993-cü ildə “Lukoyl”un prezidenti və İdarə Heyətinin sədri seçilib.

 

Xatırladaq ki, Ukraynadakı müharibə səbəbindən Rusiya milyarderləri arasında ən çox itki verən iş adamı Vahid Ələkbərov olub. O, bu il 14 milyard dollar, yəni sərvətinin 60 faizini itirib. “Bloomberg”in qiymətləndirməsinə əsasən, hazırda Vahid Ələkbərovun sərvəti 8,8 milyard dollardır. Azərbaycan əsilli iş adamı müharibənin dayandırılması üçün dəfələrlə Rusiya rəhbərliyinə müraciət edib.

 

Həmçinin oxuyun:

Vahid Ələkbərov “Lukoyl”un rəhbərliyindən getdi 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək