Modern.az

ABŞ-ın Ukraynaya göndərdiyi xüsusi silah 

ABŞ-ın Ukraynaya göndərdiyi xüsusi silah 

Dünya

22 Aprel 2022, 14:44

ABŞ prezidenti Co Baydenin Ukraynaya təqdim edəcəyi 800 milyon dollarlıq silah paketində adı ilk dəfə çəkilən "Phoenix Ghost System" taktiki pilotsuz hava sistemi maraq doğurub. 

 

Modern.az xəbər verir ki, jurnalistlər silahla bağlı Pentaqon sözçüsü Con Kirbiyə sual ünvanlayıb.

 

Kirbi cavabında deyib: "Phoenix Ghost System" açıq şəkildə işğaldan əvvəl inkişaf mərhələsində idi. Hərbi Hava Qüvvələri ukraynalılarla məsləhətləşərək onun üzərində işləyirdi. Biz bu sistemlərin xüsusilə Ukraynanın şərqindəki ehtiyaclarını ödəyəcəyini düşünürdük". 

 

Kirbi taktiki sistemi inkişaf etdirməyə davam edəcəklərini söyləyib: "Bu sistemlər hədəflərə hücum etmək, döyüş meydanını izləmək kimi taktiki məqsədlər üçün hazırlanıb. ABŞ Hərbi Hava Qüvvələri tərəfindən də sistemdən istifadə oluna bilər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu