Modern.az

Blinken Ukraynanın baş naziri ilə görüşdü

Blinken Ukraynanın baş naziri ilə görüşdü

Dünya

23 Aprel 2022, 00:53

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın Baş naziri Denis Şmıqalla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat yayıb.

 

Tərəflər ABŞ paytaxtında keçirilən görüşdə Rusiyaya qarşı sanksiyaları və Vaşinqtonun Kiyevə əlavə yardımını müzakirə ediblər.

 

Blinken ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini ifadə edib və həmçinin əmin edib ki, Amerika tərəfi Ukraynaya özünü uğurla müdafiə etməkdə köməyini davam etdirəcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu