Modern.az

Türkiyə Suriyaya uçan rus təyyarələri üçün hava məkanını bağladı

Türkiyə Suriyaya uçan rus təyyarələri üçün hava məkanını bağladı

Dünya

23 Aprel 2022, 20:22

Türkiyə Suriyaya uçan Rusiyanın hərbi və mülki təyyarələri üçün hava məkanını bağlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

 

"Rusiyanın Suriyaya gedən hərbi təyyarələri, eləcə də mülki təyyarələr üçün hava məkanını bağladıq. 3 aydır icazə verirdik. Aprelə qədər icazələri var idi”, - Çavuşoğlu bildirib.

 

XİN rəhbəri bildirib ki, Türkiyə Rusiya Federasiyasına qarşı sanksiyalarda iştirak etmir, ona görə də Rusiya şirkətləri ölkədə fəaliyyət göstərə bilərlər.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu