Modern.az

Ukrayna danışıqlardan imtina edə bilər? - Zelenski şərtlərini açıqladı

Ukrayna danışıqlardan imtina edə bilər? - Zelenski şərtlərini açıqladı

Dünya

23 Aprel 2022, 21:26

Ukrayna Rusiya Federasiyasının Xersonda “referendum” keçirəcəyi və Mariupolun müdafiəçiləri məhv ediləcəyi təqdirdə sülh danışıqlarından çıxacaq.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.

 

"Mariupolda xalqımız məhv edilsə, yeni psevdorespublikalarda psevdoreferendum elan edilsə, Ukrayna istənilən danışıqlar prosesindən geri çəkiləcək", - deyə o qeyd edib.

 

Zelanski vurğulayıb ki, bu cür hərəkətlər vəziyyətin diplomatik yolla həll edilməsinin qarşısını alacaq.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu