Modern.az

50-dən çox uşaq partlayışda ÖLDÜ

50-dən çox uşaq partlayışda ÖLDÜ

24 Aprel 2022, 13:10

UNİCEF Əfqanıstanda baş verən son partlayışlarda 50-dən çox uşağın həyatını itirdiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, BMT-nin Uşaqları Müdafiə Fondu- UNİCEF-in regional müdiri Corc Laria İdci bu barədə "Tvitter" hesabında yazıb.

 

"Son bir həftədə Əfqanıstanda terror partlayışları nəticəsində 40-dan çox qız və oğlan uşaqları həyatını itirib və bu rəqəmin artacağı gözlənilir", - deyə o bildirib.

 

Qeyd edək ki, paytaxt Kabildə, Məzar-i Şərif və Qunduz vilayətlərində törədilən partlayışlarda onlarla insan həlak olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək