Modern.az

Zelenski: “Bu, strateji səhv oldu”

Zelenski: “Bu, strateji səhv oldu”

24 Aprel 2022, 14:22

Prezident Volodimir Zelenski bəyan edib ki, Mariupolda insanlar məhv edilərsə, işğal olunmuş ərazilərdə qondarma referendumlar keçirilərsə, Ukrayna Rusiya ilə danışıqlardan geri çəkiləcək.

 

Modern.az-ın xəbərinə görə  Rusiya-Ukrayna müharibəsinin 59-cu günündə paytaxt Kiyevin mərkəzindəki “Xreşatik” metro stansiyasında mətbuat konfransı keçirən Zelenski deyib ki, Mariupol Ukrayna üçün böyük əhəmiyyət kəsb edir:

 

"Burada xalqımız məhv edilsə, işğal olunmuş ərazilərdə qondarma referendumlar keçirilsə, Ukrayna Rusiya ilə danışıqlardan geri çəkiləcək. Kifayət qədər silahımız olduqdan sonra müvəqqəti işğal edilmiş bütün əraziləri geri alacağıq. Əslində Rusiya prezidenti ilə görüşmək istəmirəm, amma bütün məsələləri diplomatiya yolu ilə həll etməyi planlaşdırırıqsa, mən bunu etməliyəm. Əgər söhbət Putinin beynəlxalq məhkəməyə verilməsindən gedirsə, əminəm ki, insanların və uşaqların öldürülməsinə əmr verən hər kəs məhkəmə qarşısına çıxarılacaq. Rusiya və Ukrayna arasında müharibənin başa çatması ilə bağlı danışıqlarda Türkiyə vasitəçi olmaq istəyən dövlətlər arasında lider olduğunu göstərdi və açıq şəkildə bəyan edir ki, buna qarant ölkədir. Ukraynanın NATO ilə inteqrasiya prosesi ilə bağlı proseslərə gəlincə, Ukraynanın NATO-ya daxil edilməməsi böyük səhvdir. NATO-ya daxil olmağımız alyansı gücləndirər, Rusiyanın müharibəyə başlamayacağına zəmanət olardı. Bu, strateji səhv oldu".

 

Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya hücum edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək