Modern.az

Rusiya konsulluqlarının bank hesabları bloklandı

Rusiya konsulluqlarının bank hesabları bloklandı

24 Aprel 2022, 18:39

Rusiyanın Ukraynaya müdaxiləsi və Qərbin sanksiyalarının tətbiqindən sonra Rusiyanın ABŞ-dakı konsulluqlarının “Bank of America”dakı özəl hesabları bağlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov “Rossiya 1” telekanalına məlumat verib.

 

“Əslində səfirlik ABŞ dövlət qurumları tərəfindən blokadadır, Hyuston və Nyu-Yorkdakı iki baş konsulluğumuzun hesabları “Bank of America” tərəfindən bağlanıb”, - diplomat deyib.

 

Onun sözlərinə görə, hələ də ABŞ-da olan Rusiya Federasiyasının nümayəndələri telefonla və yazılı qaydada təhdidlər alırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək