Modern.az

Bu ölkə ABŞ üçün ən böyük TƏHLÜKƏDİR

Bu ölkə ABŞ üçün ən böyük TƏHLÜKƏDİR

Dünya

25 Aprel 2022, 22:24

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey Çinin casusluq və kibertəhlükəsizlik təhdidlərinin həddindən artıq ciddi olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.

 

"Əks-kəşfiyyat baxımından qarşılaşdığımız ən böyük təhlükə Çin Xalq Respublikasından və xüsusən də Çin Kommunist Partiyasından gəlir”, - Rey “60 Minutes”ə müsahibəsində deyib.

 

O, Çinin haker proqramının “digər ölkələrdən daha böyük” olduğunu qeyd edib: “Onlar bizim yeniliklərimizi, ticarət sirlərimizi, əqli mülkiyyətimizi tarixdə görünməmiş miqyasda hədəfə alırlar”.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək