Moldovanın separatçı Dnestryanı bölgəsinin Tiraspol şəhərində dövlət təhlükəsizlik nazirliyinin binasında silsilə partlayışlar baş verib.
Modern.az xəbər verir ki, bu barədə TSV telekanalı məlumat yayıb.
Tiraspolda yerləşən binanın pəncərə və qapıları sınıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.
Separatçı bölgənin daxili işlər nazirliyinin rəsmiləri binanın naməlum şəxslər tərəfindən qumbaraatanlardan atəşə tutulduğunu bildiriblər. Hadisə yerində qumbaraatanlar aşkarlanıb.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Akif İsmayılov