Modern.az

Polşa tanklarını Ukraynaya verib

Polşa tanklarını Ukraynaya verib

Dünya

25 Aprel 2022, 23:29

Polşanın Baş naziri Mateuş Moravetski ölkənin silahlı qüvvələrinin arsenalında olan tankların Ukraynaya təhvil verildiyini açıqlayıb. 

 

Modern.az xəbər verir ki, bu barədə o, "Polsat" telekanalının efirində danışıb.

 

Baş nazir təhlükəsizlik məsələlərini əsas gətirərək “hər şeyi vaxtında” məruzə edəcəyini bildirib və heç bir məlumat verməyib.

 

Aprelin 22-də Böyük Britaniyanın Baş naziri Boris Conson bildirmişdi ki, London Polşaya tanklar göndərməyi düşünür, Varşava bunun müqabilində öz tanklarını Ukrayna ordusuna göndərməyi qəbul edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək