Modern.az

Britaniya Polşaya raket sistemləri satdı

Britaniya Polşaya raket sistemləri satdı

Dünya

26 Aprel 2022, 00:14

Böyük Britaniyanın MBDA şirkəti Polşaya raketlər və hava hücumundan müdafiə sistemləri tədarük edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa Silah Qrupu (PGZ) məlumat yayıb.

 

Müqavilə çərçivəsində Polşaya "Narew" raket sistemləri satılacaq.

 

Qeyd olunub ki, saziş MBDA tərəfindən istehsal olunan buraxılış qurğuları və radar stansiyasının Polşa müdafiə sənayesi tərəfindən istehsal olunan rabitə və idarəetmə sistemi ilə inteqrasiyası prosesinə imkan verəcək.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu