Fransa Prezidenti Emmanuel Makron və amerikalı həmkarı Co Bayden arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Bayden yenidən Fransa Prezidenti seçilməsi münasibətilə Makronu təbrik edib. Tərəflər, həmçinin telefon danışığı zamanı qlobal məsələləri müzakirə ediblər.
Prezidentlər ərzaq təhlükəsizliyi kimi Ukraynadakı müharibə ilə bağlı qlobal məsələlər üzrə dialoqu intensivləşdirməyə razılaşıblar.
Akif İsmayılov