Modern.az

Şənlik zamanı atışma: Ölən və yaralılar var

Şənlik zamanı atışma: Ölən və yaralılar var

Dünya

26 Aprel 2022, 00:28

ABŞ-ın İndiana ştatının Lafayet şəhərində şənlik zamanı atışma olub. Hadisə nəticəsində azı iki nəfər ölüb, dörd nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə yerli polis departamenti məlumat yayıb.

 

Şənlikdə 100-dən artıq insan iştirak edib. Hadisə şahidlərinin sözlərinə görə, şənlikdə naməlum şəxslər tərəfindən qonaqlara atəş açılıb. Ölən şəxslərin 29 və 34 yaşlı sakinlər olduğu deyilir.

 

Cinayətin detalları məlum deyil. Hadisəni törədən şəxslərin kimliyi hələlik bilinmir. Polis faktla əlaqədar cinayət işi açaraq, axtarışlara başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu