Modern.az

Danışıqlardan imtina etmirik - Putindən Kiyevə MESAJ

Danışıqlardan imtina etmirik - Putindən Kiyevə MESAJ

26 Aprel 2022, 21:14

Rusiya Prezidenti Vladimir Putin və BMT-nin Baş katibi Antonio Quterreş arasında görüş başa çatıb.

Modern.az xəbər verir ki, görüş 1 saatdan çox davam edib.

Putin qeyd edib ki, Moskva BMT-ni universal struktur hesab etdiyi üçün onu həmişə dəstəkləyəcək.

“Rusiya Birləşmiş Millətlər Təşkilatının təsisçi ölkələrindən biri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi bu universal təşkilatı həmişə dəstəkləyib və biz hesab edirik ki, o, təkcə universal deyil, həm də öz növünə görə unikaldır”, - deyə o bildirib.

Putin, həmçinin vurğulayıb ki, Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir və Ukrayna ilə bağlı diplomatik yolda razılıq əldə etməyi gözləyir.

Pezident, eyni zamanda Rusiya-Ukrayna nümayəndə heyətlərinin Türkiyədə keçirilən görüşünü müsbət qiymətləndirib.

Bundan əlavə, Putin Mariupolda vəziyyətin faciəvi olduğunu, lakin orada döyüşlərin bitdiyini vurğulayıb: "Mariupolda 1300-dən çox Ukrayna əsgəri təslim olub, humanitar dəhlizlər işləyir, onlardan 130-140 min insan çıxıb".

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək