Modern.az

İrəvanda etiraz yürüşü - Paşinyanı istefaya çağırdılar

İrəvanda etiraz yürüşü - Paşinyanı istefaya çağırdılar

Dünya

26 Aprel 2022, 21:25

Ermənistan müxalifəti İrəvanın mərkəzində yürüşlərə başlayıb.

Modern.az xəbər verir ki, aksiya iştirakçıları Ermənistan hökumətinin Qarabağla bağlı siyasətinə etiraz edirlər.

Müxalifətçi deputat, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan bildirib ki, hakimiyyət güc tətbiq etməyə hazırdır, xalq isə artıq yorulub.

"Bizi qorxutmaq və ya dayandırmaq mümkün deyil. Əminik ki, məqsədimizə nail olacağıq, itirəcəyimiz heç nə yoxdur. Biz artıq öz gücümüzün bir hissəsini itirmişik”, - deyə etirazçı deputat söyləyib.

Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Yürüşlərin sonunda etirazçılar İrəvanın mərkəzindəki Azadlıq meydanında yenidən birləşəcək.

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək