Modern.az

BMT Dnestryanıdakı hadisələrdən narahatdır

BMT Dnestryanıdakı hadisələrdən narahatdır

Dünya

26 Aprel 2022, 22:47

BMT-nin baş katibi Antonio Quterreş bütün tərəfləri Moldovanın Dnestryanı bölgəsindəki gərginliyi artırmaqdan çəkinməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq məlumat verib.

 

O qeyd edib ki, Baş katib Moldovanın Dnestryanı bölgəsində təhlükəsizlik insidentləri ilə bağlı xəbərləri narahatlıqla izləyir və bütün müvafiq tərəfləri gərginliyi artıra biləcək hər hansı bəyanat və ya hərəkətlərdən çəkinməyə çağırır.

 

Onun sözlərinə görə, BMT ATƏT-in himayəsi altında və Moldovanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında “5+2” formatı ilə Dnestryanı prosesini tam dəstəkləməkdə davam edir.

 

Xatırladaq ki, bazar ertəsi Dnestryanıda qondarma qurumun Dövlət Təhlükəsizliyi Nazirliyinin binasına tank əleyhinə qumbaraatandan bir neçə dəfə atəş açıldığı bildirilib, partlayışlar nəticəsində xəsarət alan olmayıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək