Modern.az

İsrailin Baş naziri ölümlə təhdid edildi 

İsrailin Baş naziri ölümlə təhdid edildi 

26 Aprel 2022, 23:16

İsrailin Baş naziri Naftali Bennetin evinə mərmi gilizinin olduğu təhdid məktubu göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail İctimai Yayım Korporasiyası (KAN) məlumat yayıb.

 

Məktub Bennettin Raanana şəhərindəki evinə göndərilib.

 

İsrail polisi və Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak) sözügedən məktubun mənbəyini tapmaq üçün araşdırmalara başlayıb.

 

İbranidilli “Walla News” xəbər saytı hadisədən sonra Bennet ailəsi üçün mühafizə və təhlükəsizlik tədbirlərinin artırıldığını qeyd edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək