Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin ikinci partiyasını almaq üçün danışıqlara davam edir.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir bildirib.
O qeyd edib ki, Türkiyə hələ də Rusiyadan S-400 sistemlərinin ikinci hissəsinin alınması imkanını nəzərdən keçirir.
"Rusiya ilə müqavilə imzalandığı andan planlaşdırılan ikinci S-400 alayının alınması ilə bağlı danışıqlar davam edir. Biz iki S-400 sisteminin tədarükü üçün müqavilə imzaladıq", - deyə Dəmir bildirib.
Bundan əlavə, Dəmir Ukraynadakı vəziyyətin Ankara ilə Moskvanın hərbi sənaye kompleksində əməkdaşlığına təsir etməyəcəyinə ümid etdiyini vurğulayıb.
Akif İsmayılov