Modern.az

Rusiya bu ölkəyə qaz satışını DAYANDIRDI

Rusiya bu ölkəyə qaz satışını DAYANDIRDI

27 Aprel 2022, 00:28

Rusiyanın “Qazprom” enerji şirkəti Bolqarıstana qaz tədarükünü dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın Energetika Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, qaz təchizatı aprelin 27-dən etibarən dayandırılacaq.

 

"Bolqarıstan tərəfi öz öhdəliklərini tam yerinə yetirib və bu sazişdə nəzərdə tutulmuş bütün ödənişləri vaxtında, ciddi şəkildə və müqavilənin müddəalarına uyğun olaraq həyata keçirib", - deyə ölkənin Energetika Nazirliyinin məlumatında qeyd olunub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək