Modern.az

Putinlə görüşdən sonra Ərdoğana zəng vurdu

Putinlə görüşdən sonra Ərdoğana zəng vurdu

Dünya

27 Aprel 2022, 12:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, telefon danışığı zamanı BMT-nin baş katibi Prezident Ərdoğana Rusiya lideri Vladimir Putinlə Moskvadakı təmasları barədə məlumat verib.

 

Xatırladaq ki, bazar ertəsi prezident Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş təkbətək görüşüb. Başda Rusiya-Ukrayna müharibəsi olmaqla regional hadisələrin qiymətləndirildiyi görüşdə Quterreş Türkiyənin Ukraynadakı müharibəni bitirmək üçün göstərdiyi diplomatik səylərə dəstəyini ifadə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək