Mariupoldakı "Azovstal" zavodunun ərazisində mühasirəyə alınmış ukraynalı hərbçilər Türkiyəyə təxliyə olunmalarını tələb edirlər.
Modern.az xəbər verir ki, bunu separatçı "Donetsk Xalq Respublikasının" rəhbəri Denis Puşilin bildirib.
Onun sözlərinə görə, ukraynalılar Türkiyəyə getmək istədiklərini deyiblər.