ABŞ və Rusiya arasında məhbus mübadiləsi həyata keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Uzun sürən danışıqlar nəticəsində 27 aprel 2022-ci ildə Rusiyada mühakimə olunan ABŞ vətəndaşı Trevor Rid, Rusiya vətəndaşı Konstantin Yaroşenko ilə dəyişdirilib".
Xatırladaq ki, rusiyalı pilot Konstantin Yaroşenko ABŞ-da 2011-ci ildə 100 milyon dollardan çox dəyəri olan kokain qaçaqmalçılığına görə saxlanılaraq 20 il həbs cəzasına məhkum edilib. ABŞ vətəndaşı Trevor Rid isə 2019-cu ildə Moskvada polisə hücum iddiası ilə həbs olunub və 9 il müddətinə azadlıqdan məhrum edilib.