ABŞ-ın müdafiə şirkətlərinin rəhbərləri Pentaqonun nümayəndələri ilə görüşdə Ukrayna üçün silah istehsalının artırılmasından narahat olduqlarını bildiriblər.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Şirkət rəsmiləri hesab edirlər ki, müharibə bitdikdən sonra silahlar sahibsiz qala və daha təhlükəli qrupların əlinə keçə bilər.
“Raytheon Technologies” şirkətinin baş direktoru Qreqori Hayes bildirib ki, “Stinger” hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün komponent çatışmazlığı var. Onun sözlərinə görə, bəzi komponentlər artıq satılmır. Şirkət 2022-ci ildə hasilatı artıra biləcək, lakin gücün kütləvi şəkildə bərpası 2023 və 2024-cü illərdə mümkündür.
ABŞ indiyədək Ukraynaya 1,4 min “Stinger” kompleksi, eləcə də çoxlu sayda “Javelin” tank əleyhinə raket sistemləri verib.
Akif İsmayılov