Modern.az

Çin Rusiya və Ukraynaya dron satmağı dayandırdı

Çin Rusiya və Ukraynaya dron satmağı dayandırdı

Dünya

27 Aprel 2022, 19:17

Çinin DJI adlı dünyaca məşhur dron istehsalçısı Rusiya və Ukraynadakı fəaliyyətini müvəqqəti olaraq dayandırır.

 

Modern.az xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

 

Şirkətdən bildirilib ki, müştərilərin, tərəfdaşların və digər tərəflərin maraqları nəzərə alınaraq işgüzar əlaqələr müvəqqəti dayandırılır.

 

Ukrayna Baş nazirinin müavini Mixaylo Fedorov ötən ay bəyan etmişdi ki, rus qoşunları öz raketlərini idarə etmək üçün DJI-nin dronlarından istifadə edib. Açıqlamasında şirkət kommersiya məqsədli istehsal edilən dronların döyüş bölgəsində işləməsinin qarşısını alacaq texnologiyaya malik olmadığını bildirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək