Son günlər Yaponiya və Kanadada uşaqlarda mənşəyi məlum olmayan kəskin hepatitə yoluxma halları müşahidə edilir.
Modern.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.
Yaponiyada hələlik bir uşaqda virus aşkarlanıb. Kanada xəstə uşaqların sayı barədə məlumat verməyib.
“Health Canada” yalnız ölkədə bəzi uşaqların mənşəyi məlum olmayan kəskin hepatitə yoluxma hallarından xəbərdar olduğunu bildirir.
Bu gün dünyada 1 aydan 16 yaşa qədər 190 uşaqda naməlum virus aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bir uşaq ölüb. Yolxumaların əksəriyyəti (140 nəfər) Avropada və əsasən Böyük Britaniyada aşkarlanıb. İsrail, İspaniya, ABŞ və bir sıra digər ölkələrdə də yoluxma müşahidə olunub. İndiyədək 17 uşaq qaraciyər transplantasiyası əməliyyatı keçirməli olub.
Akif İsmayılov