Modern.az

İtaliya Baş naziri Zelenski ilə danışıqlar apardı

İtaliya Baş naziri Zelenski ilə danışıqlar apardı

27 Aprel 2022, 21:33

İtaliyanın Baş naziri Mario Draqi və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliya Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığında Ukraynadakı son vəziyyət və Kiyevə edilən yardımlar müzakirə olunub.

 

“Draqi İtaliya hökumətinin Kiyev hakimiyyətinə tam dəstəyini təkrarlayıb, eyni zamanda, İtaliyanın böhranın davamlı həllinin axtarışına töhfə verməyə hazır olduğunu vurğulayıb”, - deyə məlumatda bildirilib. 

 

Zelanski özünün "Twitter" hesabında isə qeyd edib ki, İtaliyanın Ukraynanın gələcəyi ilə bağlı təhlükəsizlik sazişlərində iştirakı da müzakirə olunub.

 

O, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində didərgin düşmüş 100 min ukraynalıya ev sahibliyi etdiyi üçün İtaliyaya təşəkkür edib.

 

Bundan başqa, İtaliya mətbuatı ötən həftə Draqinin tezliklə paytaxt Kiyevə səfər edəcəyini yazıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək