Bu gün Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyaları keçirilib.
Modern.az xəbər verir ki, parlamentdə təmsil olunan müxalif qüvvələrin rəhbərlik etdiyi aksiyalar zamanı etirazçılarla polis əməkdaşları arasında toqquşma yaşanıb. Etirazçılar yolları və prospektləri bağlamağa cəhd edib.
Rəsmi məlumata görə, aksiya iştirakçılarından 52 nəfəri saxlanılıb.
Qeyd edək ki, Ermənistanda aksiyalar aprelin 25-dən başlayıb.
Akif İsmayılov