Modern.az

Ukraynada ölən mülki şəxslərin yeni sayı açıqlandı

Ukraynada ölən mülki şəxslərin yeni sayı açıqlandı

27 Aprel 2022, 23:51

Rusiyanın hücumunun başlamasından bəri Ukraynada 2787 mülki şəxs həlak olub, 3152 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.

 

Bildirilib ki, bunlar yalnız təsdiqlənmiş şəxslərin sayıdır, faktiki rəqəm daha çox ola bilər.

 

Öldürülən 2787 nəfərin 912-si kişi, 611-i qadın, 61-i qız və 74-ü oğlandır, o cümlədən cinsiyyəti hələlik məlum olmayan 163 uşaq və 2189 böyük var.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək