Modern.az

ABŞ Rusiyanı terrora sponsorluq edən ölkə kimi tanıyacaq

ABŞ Rusiyanı terrora sponsorluq edən ölkə kimi tanıyacaq

28 Aprel 2022, 00:40

ABŞ Ukraynada baş verən hadisələrə görə Rusiyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısına əlavə etməyi düşünür.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Senatda keçirilən dinləmələrdə respublikaçı senator Lindsi Qrehemin sualını cavablandırarkən bildirib.

 

"Biz bunu nəzərdən keçiririk", - deyə o bildirib. Blinken qeyd edib ki, hüquqşünaslar artıq bu mövzunu öyrənirlər.

 

“Mən şübhə etmirəm, senator, ruslar Ukraynada terror edir”, - deyə dövlət katibi əlavə edib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək