2016-cı ildə "EgyptAir" təyyarəsinin qəzaya uğramasının səbəbi müəyyənləşib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın yekun nəticələrinə əsasən, hadisəyə pilotun siqaret çəkməsi səbəb olub. Nəticədə təyyarədə partlayış baş verib.
Xatırladaq ki, 2016-cı ildə Misirin paytaxtı Qahirəyə getmək üçün Fransadan havaya qalxan "EgyptAir" aviaşirkətinə məxsus MS804 reysi Yunanıstanın Krit adasının cənub hissəsində qəzaya uğrayıb. Qəza nəticəsində 66 sərnişin və ekipaj üzvü həlak olub.