Qoşunların Əfqanıstandan çıxarılmasından sonra ABŞ bu ölkədə 7 milyard dollar dəyərində hərbi texnika qoyub.
Modern.az xəbər verir ki, bu barədə CNN Pentaqonun amerikalı qanunvericilərə təqdim etdiyi hesabata istinadən məlumat yayıb.
Məlumata görə, 2005-2021-ci illər arasında ABŞ Əfqanıstan hökumətinə 18,6 milyard dollar dəyərində hərbi texnika verib. 2021-ci ilin avqustunda Amerika qoşunlarının ölkədən çıxarılmasından sonra ölkədə 7,12 milyard dollarlıq texnika qalıb. Hazırda bu texnikalar "Taliban" tərəfindən istifadə edilir.
Məlumatda qeyd olunub ki, Əfqanıstanda Amerika təyyarələri, hərbi maşınlar, silahlar, sursatlar, rabitə və digər texnikalar qalıb. ABŞ hərbi rəhbərliyi tərk edilmiş əmlakı toplamaq və ya məhv etmək üçün Əfqanıstana qayıtmaq niyyətində deyil.
Akif İsmayılov