Modern.az

Putin Təhlükəsizlik Şurasını topladı - Nələr müzakirə edildi?

Putin Təhlükəsizlik Şurasını topladı - Nələr müzakirə edildi?

29 Aprel 2022, 18:30

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

İclasda Əfqanıstandakı vəziyyət fonunda Mərkəzi Asiyada təhlükəsizlik məsələləri müzakirə edilib.

 

Qeyd edək ki, bu gün Əfqanıstanın Bəlx əyalətində iki partlayış baş verib, nəticədə 10 nəfər ölüb. Ötən həftə də bu ölkədə silsilə partlayışlar törədilib. Hadisələr zamanı 40 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək