Modern.az

Bu ölkə Ukraynaya silah verməkdən imtina etdi

Bu ölkə Ukraynaya silah verməkdən imtina etdi

Dünya

29 Aprel 2022, 19:54

İndoneziya prezidenti Coko Vidodo Ukrayna lideri Volodimir Zelenskinin Kiyevə silah tədarükü tələbini rədd etdiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə İndoneziyanın “Jakarta Post” qəzeti məlumat yayıb.

 

O, Ukraynaya humanitar yardım göndərməyə hazır olduğunu vurğulayıb.

 

“Dünən mən Ukrayna prezidenti Zelenski ilə danışdım. İndoneziyanın sülh danışıqlarında uğur əldə etmək üçün istənilən səyi dəstəklədiyini və humanitar yardım göstərməyə hazır olduğunu bir daha təsdiqlədim”, - deyə Vidodo tvitter hesabında yazıb.

 

Vidodo Zelenskiyə bildirib ki, İndoneziyanın konstitusiya mandatına və xarici siyasət prinsiplərinə uyğun olaraq digər ölkəyə hərbi dəstək verməsi qadağandır.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış