Modern.az

Britaniya Şərqi Avropaya 8 min hərbçi göndərir

Britaniya Şərqi Avropaya 8 min hərbçi göndərir

Dünya

29 Aprel 2022, 21:45

Böyük Britaniya Şərqi Avropada təlimlər üçün təxminən 8 min hərbçi yerləşdirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Finlandiya, Estoniya, Polşa və Şimali Makedoniyada aylarla davam edəcək təlimlərə NATO müttəfiqləri ilə yanaşı Birgə Ekspedisiya Qüvvələri (JEF) ölkələrinin də qatılacağı bildirilib.

 

Qeyd olunub ki, təlimlər çoxdan planlaşdırılıb, lakin fevralın sonunda Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq daha da inkişaf etdirilib.

 

8 min ingilis əsgərinin xidmət edəcəyi təlimlərə 872 “Challenger 2” tankı, 120 zirehli döyüş maşını, artilleriya silahı, helikopter və pilotsuz uçuş aparatı da dəstək verəcək.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu