Danimarka Ukrayna ordusuna zirehli transportyorlar göndəcək.
Modern.az xəbər verir ki, bu barədə Danimarkanın "Olfi" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Kiyevə 1960-cı illərdə ABŞ-da istehsal olunan M113 və İsveçrənin "Mowag" şirkəti tərəfindən hazırlanmış "Piranha-3" zirehli transportyorları veriləcək.
Nəşrin məlumatına görə, bundan başqa Danimarka Ukraynaya M/10 ağır minaatan sistemləri göndərəcək.
Akif İsmayılov