Məşhur Hollivud aktrisası, UNİCEF-in xoşməramlı səfiri Ancelina Coli Ukraynaya səfərə gedib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radası “Facebook” hesabında paylaşım edib.
Aktrisanın Lvova səfər etdiyi bildirilib.
"Ancelinanın səfərinin məqsədi münaqişənin insanlara təsirinin şahidi olmaq və mülki əhaliyə dəstək olmaqdır", - deyə aktrisanın sözçüsü vurğulayıb.