Türkiyə və Ermənistan nümayəndələri arasında növbəti görüşdə sərhəd məsələsi müzakirə olunacaq.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu məlumat verib.
O bildirib ki, növbəti görüşdə qarşıdakı dövrdə atıla biləcək müxtəlif addımlar barədə fikir mübadiləsi aparılacaq.
“Sərhəd xəttinin yenidən müəyyən edilməsilə bağlı razılaşma var idi. Bu necə olacaq? Birgə komissiya yaradılacaqmı? Onlar Azərbaycanla birgə komissiya yaratmaq qərarına gəliblər”, - deyə nazir qeyd edib.
Xatırladaq ki, Ermənistan və Türkiyə nümayəndələri Vyanada görüşəcək