Modern.az

Fransada genişmiqyaslı aksiyalar - Mağazalar yandırıldı

Fransada genişmiqyaslı aksiyalar - Mağazalar yandırıldı

Dünya

1 May 2022, 20:54

Bu gün Fransada həmkarlar ittifaqları və sol qüvvələr genişmiqyaslı aksiyalar keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.

 

Nümayişçilər hökumətdən işçilərin hüquqlarına hörmət edilməsi və hər şeydən əvvəl pensiya islahatları keçirilməsini tələb edib. Aksiyaçılar həmçinin pensiya yaşının azaldılmasına çağırıblar.

 

Aksiyada polislə iştirakçılar arasında toqquşma olub. Etirazçılar bir neçə mağazanı yandırıblar.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?