Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Jeenbek Kulubayev ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Çavuşoğlu həmkarını yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib.
Tərəflər Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması prosesində Türkiyənin vasitəçi rolunu yüksək qiymətləndiriblər.