Modern.az

Rusiya Liman şəhərini vurdu - Ölənlər var

Rusiya Liman şəhərini vurdu - Ölənlər var

1 May 2022, 23:41

Rusiya Ukraynanın şərqindəki Donetsk vilayətinin Liman şəhərini atəşə tutub.

Modern.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavlo Kıriyenko məlumat verib.

O bildirib ki, zərbələr nəticəsində dörd nəfər həlak olub.

Rusiya qoşunlarının Donetsk və Luqansk bölgələrini ələ keçirmək üçün hücumlarını gücləndirdiyi bir vaxtda Liman şəhəri son bir neçə gündə tez-tez atəşə tutulub. 

Ukrayna ordusu bildirir ki, ruslar bölgəyə yeni qoşunlar və artilleriya yeridib.

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?