Məşhur rusiyalı gimnast və Dövlət Dumasının keçmiş deputatı, “Putinin məşuqəsi” adlandırılan Alina Kabayeva Rusiya prezidentindən iki oğul dünyaya gətirib.
Modern.az xəbər verir ki, bu barədə İsveçrənin “Sonntags Zeitung” qəzeti hər iki uşağın doğuşunu həyata keçirən həkimə istinadən yazıb. Həkimin adı onun istəyi ilə açıqlanmayıb.
Nəşrin məlumatına görə, birinci oğlan uşağı 2015-ci ildə, ikincisi dörd il sonra, 2019-cu ildə dünyaya gəlib.
Həmçinin qeyd edilir ki, Kabayevanın ilk doğuşu ən ciddi məxfilik şəraitində İsveçrənin Tiçino əyalətinin Luqano şəhərindəki klinikada baş tutub. İkinci doğuş isə Rusiyada gerçəkləşib, bu, Putinin qərarı ilə olub.
O da bildirilir ki, hər iki hamiləlik zamanı Alina Kabayeva bir neçə dəfə Luqanoya getsə də, Putin onun yanında olmayıb.
Daha əvvəl xarici mediada iddia olunurdu ki, Alina Kabaeva Putinin məşuqəsi yox, “gizli arvadı”dır.