Modern.az

Lavrov Putinin səhhətindən DANIŞDI

Lavrov Putinin səhhətindən DANIŞDI

Dünya

2 May 2022, 00:52

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, İtaliyanın “Mediaset” teleşirkətinə müsahibəsində rusiyalı nazirə Putinin səhhəti ilə bağlı sual verilib.

 

Lavrov prezidentin səhhətinə şübhə edənlərə onun qəbul etdiyi xarici qonaqlara müraciət etməyi tövsiyə edib.

 

“Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə təmasda olan xarici liderlərdən, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşdən soruşun. Düşünürəm ki, nə barədə danışdığımı başa düşəcəksiniz", - deyə Lavrov qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?