Modern.az

İrəvanda qarşıdurma: İki deputat, yüzdən çox etirazçı saxlanıldı

İrəvanda qarşıdurma: İki deputat, yüzdən çox etirazçı saxlanıldı

Dünya

2 May 2022, 09:48

Ermənistan müxalifəti bu gün səhər saatlarından paytaxt İrəvanın mərkəzi küçələrini bağlayaraq Baş nazir Nikol Paşinyana qarşı aksiya keçirir.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri saxlayaraq, onların qarşısını kəsməyə nail olublar. İlkin məlumata görə, 125 etirazçı saxlanılıb.

 

Polis aksiyada iştirak edən müxalif deputatlar Aram Vardevanyan və Tiqran Abramyanı da saxlayıb. 

 

Xatırladaq ki, etiraz fəallığının artmasına Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesi barədə səs-küylü bəyanatlar verməsi səbəb olub. Aprelin 25-dən müxalifət kütləvi etiraz aksiyaları keçirir. Bu gün nümayişçilər paytaxt küçələrini bağlamağa çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?