Modern.az

Ukraynada 24 minə yaxın rus hərbçisi öldürülüb

Ukraynada 24 minə yaxın rus hərbçisi öldürülüb

Dünya

2 May 2022, 15:00

Rusiya ordusunun Ukraynada verdiyi itikilər açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, müharibə başlayan gündən - fevralın 24-dən etibarən Rusiya 23 800-ə yaxın hərbçi itirib.

 

Bundan başqa, Rusiya ordusunun 1048 tankı, 2519 zirehli döyüş maşını, 459 artilleriya sistemi, 152 reaktiv yaylım atəşi sistemi, 80 havadan müdafiə sistemi, 194 hərbi təyyarəsi, 155 helikopteri, 1824 avtomobil texnikası, 271 dronu, 38 xüsusi avadanlığı, 84 qanadlı raketi məhv edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?