Modern.az

Ermənistanda 250-yə yaxın etirazçı saxlanılıb

Ermənistanda 250-yə yaxın etirazçı saxlanılıb

Dünya

2 May 2022, 17:11

Ermənistan polisi İrəvanda etiraz aksiyası keçirən 244 nəfəri saxlayıb.

 

Modern.az xəbər ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.


Qeyd edək ki, bu gün səhər saatlarında İrəvanda müxalifət qüvvələrinin növbəti etiraz aksiyası keçirilib. Paytaxt yollarını bağlamağa çalışan etirazçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb ediblər.

 

Ermənistanda etiraz fəallığının artmasına baş nazir Nikol Paşinyanın Qarabağla əlaqədar danışıqlar prosesi barədə səs-küylü bəyanatlar verməsi səbəb olub. Aprelin 25-dən müxalifət kütləvi etiraz aksiyaları keçirir. 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?