İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah PSJ-yə keçməkdə maraqlıdır.
Modern.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Bildirilir ki, 30 yaşlı futbolçu karyerasını Fransada davam etdirə bilər. Misirli oyunçu hələlik 2023-cü ildə başa çatacaq müqaviləsinin uzadılmasına razılıq verməyib.