Modern.az

Ukraynalı diplomat yenə Gürcüstan XİN-ə çağırıldı

Ukraynalı diplomat yenə Gürcüstan XİN-ə çağırıldı

Dünya

2 May 2022, 18:36

Ukraynanın Gürcüstandakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Kasyanov bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

 

Ukraynalı diplomata bu ölkənin Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin təqdim etdiyi informasiya ilə bağlı Gürcüstan tərəfinin narazılığını çatdılıb. Bildirilib ki, yoxlanılmamış faktlar əsasında yayılmış bu cür informasiyalar Gürcüstan-Ukrayna tərəfdaşlığa xələl gətirir.

 

Kasyonavdan informasiya üzrə faktiki izahatlar və sübutlar təqdim etməsi xahiş olunub.


Ukrayna mətbuatı ölkənin Kəşfiyyat Xidmətinin məlumatına istinadən yazıb ki, Rusiya öz məhsullarının üçüncü ölkələrə təkrar ixracı ilə bağlı Gürcüstanla danışıqlar aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?